Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin bir qrup hərbi qulluqçusu bu ölkədə səfərdə olub.
Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti Hərbi Polis Mütəxəssislərinin Hazırlıq Mərkəzində hərbi polisinin gündəlik fəaliyyəti, kinoloji xidmətin təşkili, maddi-texniki təchizat və təlim proqramı, eləcə də silahlanmada olan hərbi texnika ilə tanış olub, bölmələrin nümayiş məşğələsini izləyib.
Azərbaycan və Qazaxıstan respublikalarının hərbi polis nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Müdafiə Nazirliyinin nümayəndə heyəti səfər çərçivəsində, həmçinin Qazaxıstan Respublikasının Dövlət Hərb Tarixi Muzeyi və Milli Muzeyində, eləcə də digər görməli yerlərində olub, tarixi abidələri ziyarət ediblər.
- Ölkədə internetin sürəti açıqlandı - Rəsmi göstəricilər
- Bakının bir sıra ərazilərində qaz olmayacaq
- Rəhmanın dostu da dənizdə boğulubmuş - Video
- “Qarabağ”ın oyunu “CBC Sport”da canlı yayımlanacaq
- Azərbaycan Ermənistana plastik tikinti materialları ixracına başladı
- Taxt-taca çıxmaq üçün 3 il əsgərlik çəkdi - 150 ildən sonra ilk
- Avqust ayının qeyri-iş günləri - Təqvim
- Odessada həlak olan gəmi kapitanının nəşi tapıldı