Lənkəranda bədbəxt hadisə nəticəsində sürücü xəsarət alıb.
BUTA.TV xəbər verir ki, hadisə rayonun Qurumba kəndində baş verib. Kənd sakini 1984-cü il təvəllüdlü Sucəddin Bahəddin oğlu Həsənov “KamAZ” markalı yük maşınının təkərini dəyişmək istəyib. Bu zaman qaldırıcı boşalıb və yük maşını sürücünün üzərinə aşıb. S.Həsənov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona bazu sümüyünün və döş fəqərələrinin çoxsaylı sınığı diaqnozu qoyublar.
Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
- İran ABŞ-ın sualtı aparatını ələ keçirib? - Foto
- Nikolayevdə güclü partlayışlar baş verdi
- ABŞ Xark yaxınlığında İran tankerini vurdu
- Vuçiç elan etdi: Sabah bu iki qərarı təsdiq edəcəm!
- İranın liman şəhərində partlayış oldu
- Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
- Tehranda metro stansiyaları sığınacaq kimi hazırlanır
- “Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın - Fotoları