Avtomatik meteoroloji stansiyalardan əldə olunan məlumatlara görə, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2.8-3.2 dəfə çoxdur.
BUTA.TV xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir”, - Abbasova vurğulayıb.
Xatırladaq ki, dünən saat 22:00 radələrində havada tozun miqdarının normadan 3-3.5 dəfə yüksək olduğu qeydə alınmışdı.
- Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - Detallar
- Aleksandr Şarovski vəfat etdi
- Kiyevdə partlayışlar oldu
- Paşinyan Fransaya getdi
- Çin ordusu robotları müharibəyə hazırlayır
- Bu, əsl dönüş nöqtəsidir - Merkel
- Rusiya yeni ballistik raketləri sınaqdan keçirəcək: Hədəfi isə...
- ABŞ-ın 2 hərbi gəmi və 8 neft tankerinə zərbələr endirildi