Məlum olduğu kimi, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə dövlətimizin başçısının 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Komissiya yaradılıb.
Bu barədə BUTA.TV-a Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın Katibliyindən məlumat verilib.
Bildirilib ki, mayın 27-də Komissiyanın sədri Şahin Mustafayevin rəhbərliyi ilə müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət heyət Mingəçevir su anbarında cari vəziyyətlə yerində tanış olub, daha sonra Komissiyanın iclası keçirilib.
Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın fəaliyyəti çərçivəsində ölkədə əsas su anbarlarının iş rejimlərinə ciddi nəzarət olunmaqla, su ehtiyatlarından içməli su təchizatı, suvarma, energetika və digər məqsədlər baxımından planlı, koordinasiyalı və optimal istifadə istiqamətində mütəmadi zəruri tədbirlər həyata keçirilir.
Bu baxımdan diqqət yetirilən əsas istiqamətlərdən birini də Kür çayı üzərində yerləşən kaskad tipli Şəmkir-Yenikənd-Mingəçevir-Varvara su anbarları kompleksi təşkil edir.
Son vaxtlar Kür çayında su ehtiyatlarının artması ilə bağlı qeyd edilməlidir ki, illər üzrə çoxsulu və azsulu fazalar, habelə gursulu dövrlər nəzərə alınmaqla çoxillik tənzimləmə prinsipi çərçivəsində sözügedən su anbarlarında suyun həcmi gündəlik nəzarətdə saxlanılmaqla operativ qaydada və optimal səviyyədə tənzimlənir.
- Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi?
- Səfirimizin katibəsindən qeyri-qanuni uşağı var? - Foto
- Kelloq Umerovla görüşdü
- ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi
- Netanyahu açıq şəkildə elan etdi, işğal edəcək: Bəs, necə?
- Kirk simvola çevriləcək, qarşıdurma artacaq
- Bakı ilə İrəvan arasında müqavilə bitən kimi... - Fidan
- Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi