Qafqaz Fransanın maraq zonasına daxil deyil, Qafqaz Rusiyanın təsir zonası hesab olunur.
BUTA.TV xəbər verir ki, belə bir iddia ilə Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri, daşnak Murad Papazyan çıxış edib.
“Bölgədə maraqları olan başqa ölkələr də var. Bunlara Türkiyə və Azərbaycanla ciddi münasibət quran və Rusiyanı zəiflətmək istəyən ABŞ və İngiltərə daxildir. Amma ABŞ və İngiltərənin regionda güclənməsi, Rusiyanın zəifləməsi Ermənistanın maraqlarına uyğundurmu?”, - Papazyan soruşub.
O hesab edir ki, AB öz növbəsində Türkiyəyə Qafqaz məsələləri ilə məşğul olmaq səlahiyyətini vermək istəyir:
“Makronun AB-nin bu mövqeyi ilə razılaşmayacağına əminəm. Eyni zamanda, bu gün Qərb üçün ciddi təşkilat olan NATO kimi bir reallıq var. Türkiyə bu Alyansda ciddi rol oynayır. Bunu da nəzərə almaq lazımdır. Ona görə də evi Qərbə həvalə edərkən nəzərə almaq lazımdır ki, o, pantürkist planlarını Bakı ilə birgə həyata keçirmək istəyən Türkiyəyə arxalanacaq.
Bakı və Ankara ABŞ və Avropa ilə rəqabət aparmaq üçün Şərqdə iqtisadi və enerji bazarı yaratmaq istəyir və Ermənistan onların bu məqsədini həyata keçirməsinə mane olur. Bunu nəzərə alaraq Ermənistanda yeni reallıq yaradıblar ki, hakimiyyət onların bu arzusunu reallaşdırmağa mane olmasın. Türkiyə “yumşaq güc”dən istifadə etməklə Ermənistanda öz təsirini gücləndirməyə çalışacaq. Bu şərtlər daxilində Ermənistan sülh müqaviləsi bağlamaq istəyir, amma Azərbaycanın qələmi ilə? Belə bir şəraitdə Türkiyə ilə münasibətlərin inkişafı nəyə gətirib çıxaracaq?
Onun fikrincə, Azərbaycan və Türkiyə İrəvanda danışıqlar aparanın zəifliyindən istifadə etməyə çalışır.
Qeyd edək ki, Papazyan Paşinyanla düşmən münasibətdədir və onun Ermənistana girişinə də qadağa qoyulmuşdu.
- Rusiya və Azərbaycan Xəzərlə bağlı saziş imzalaya bilər
- Samirə Bayramova İrəvan limanında niyə qalıb? – Açıqlama
- Türkiyənin Rusiya və İranla “3-lü formatı” tarixə qovuşdu
- Azər Qasımlı barədə qərar verildi
- Gəncədəki partlayış səsləri ilə bağlı daha bir rəsmi açıqlama
- Statistika Şurasının yeni tərkibi təsdiqləndi
- ABŞ səfiri Gəncədə: onların xatirəsini yad etdi
- Seyfəli poliqonu ətrafındakı partlayışla bağlı müraciət