Türkiyənin Əskişəhər vilayətində Gökçekaya Su Elektrik Stansiyasının (SES) Elektrik İstehsalat Mərkəzində transformatorda partlayış baş verib.
BUTA.TV xəbər verir ki, partlayış nəticəsində baş verən yanğında stansiyada çalışan 15 işçi tüstüdən zəhərlənərək yüngül xəsarət alıb.
Yaralılara Alpu Dövlət Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra onlar Əskişəhər şəhər mərkəzindəki Şəhər Xəstəxanası, Yunus Əmrə Dövlət Xəstəxanası və Əskişəhər Osmanqazi Universiteti Tibb Fakültəsi Xəstəxanasına köçürülüb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
- Şəmkir rayonunda kütləvi zəhərlənmə...
- Şəmkirdə 11 nəfər salatdan zəhərləndi
- "Qarabağ" cavab oyununa çıxır
- Nərimanovda obyektdə yanğın - Video
- Final fitindən sonra argentinalı futbolçuya şillə vurdu - Video
- Küçələrdə ölən aktrisanın sərvəti üzə çıxdı - Fotolar
- Qələbədən sonra duyğusal qucaqlaşma... - Video
- Argentina futbolçuları meydanda siyasi pankart açdı - Fotolar