Bakı istiqamətində nəql edilməsi planlaşdırılan neftin həcmi

08:46 - 31 May 2024 - GÜNDƏM

 Bakı istiqamətində nəql edilməsi planlaşdırılan neftin həcmi

“KazTransOil” (Qazaxıstanın əsas neft kəmərinin milli operatoru) 2024-cü ildə Azərbaycan ərazisindən sonrakı ixrac üçün Aktau limanına 1,5 milyon ton neft göndərəcək.

BUTA.TV xəbər verir ki, “KazTransOil” şirkətindən bildirilib.

"2024-cü ildə Aktau limanı vasitəsilə Bakı (Bakı-Tiflis-Ceyhan) istiqamətində 1,5 milyon tona qədər neftin nəqli planlaşdırılır", - deyə qeyd olunub.

Eyni zamanda, mənbənin məlumatına görə, 2024-cü ilin birinci rübündə Aktau limanı vasitəsilə Bakı istiqamətində 355 min ton neft daşınıb.

Qeyd edək ki, 2023-cü ilin sonunda “KazTransOil” şirkətinin imkanlarından istifadə etməklə Aktau limanında tankerlərə neftin yüklənməsi 3,376 milyon ton, o cümlədən Bakı-Tiflis-Ceyhan istiqamətində 1,057 milyon ton təşkil edib. Ümumilikdə, 2023-cü ildə Qazaxıstan BTC ilə 1,392 milyon ton neft nəql edib ki, bu da 2022-ci illə müqayisədə 5,5 dəfə çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin həcminin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq “KazMunayQaz” SC və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Tengiz" yatağından Bakı-Tiflis-Ceyhan neft boru kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş bağladılar.

Bundan əlavə, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin martın 11-12-də Azərbaycana səfəri zamanı “KazMunayQaz” və SOCAR BTC ilə neft nəqlinin həcminin ildə 2,2 milyon tona çatdırılması haqqında saziş imzalayıblar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol