Sabunçu rayonunda 18 yaşlı gənc qətlə yetirilib.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, hadisə iyunun 14-də rayonun Balaxanı qəsəbəsində qeydə alınıb:
“Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü İmanov Rəşid Rüstəm oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub”.
Bildirilib ki, hazırda şübhəli şəxs axtarılır:
“Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür”.
- Kanalda batan Aminin - Fotoları
- 16 yaşlı qız evində ölü tapıldı
- 41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
- Əmircanda Şəhidlər xiyabanından dekorativ ağaclar oğurlanıb? - Video
- İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı
- “Prezident İlham Əliyev müharibəni, həm də sülhü qazandı!” - Video
- Hava xəbərdarlığı: 41 dərəcə isti olacaq!
- Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı