Hüseyn Dəryanın oğlu MƏZUN OLDU – VİDEO

21:47 - 14 İyun 2024 - MAQAZİN

 Hüseyn Dəryanın oğlu MƏZUN OLDU – VİDEO

Mərhum repçi Hüseyn Dəryanın oğlu Cahangir məzun olub. 

BUTA.TV xəbər verir ki, bu haqda rejissor Kənan Mahmudov sosial şəbəkə hesabında məlumat yayıb. Dəryanın övladının məzun tədbirində iştirak edən Mahmudov həmin anları lentə alaraq izləyiciləri ilə bölüşüb. Kənan paylaşımına “Yolun açıq olsun, ürəyim” şərhini yazaraq Cahangirin “Instagram” səhifəsini işarələyib. 

Qeyd edək ki, Kənan Mahmudov mərhum repçi Hüseyn Dəryanın ən yaxın dostlarından olub. 

Xatırladaq ki, Hüseyn Dərya 2014-cü il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı “Opel Astra” markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı maşına çırpıb. 
Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, lakin martın 15-də səhər saatlarında o, dünyasını dəyişib. Hüseyn Dərya Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol