Mübahisə edən qardaşlar bıçağa əl atıb, onlardan biri qətlə yetirilib.
BUTA.TV "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, hadisə Tərtər rayonu ərazisində baş verib. Rayon sakini 32 yaşlı Abil Əliyev bıçaqlanaraq öldürülüb. Hadisəni törətməkdə isə onun qardaşı şübhəli bilinir. Yaxınlarının iddiasına görə, qardaşlar tez-tez mübahisə edirmiş.
Daxili İşlər Nazirliyi məlumatına əsasən, 32 yaşlı Əliyev Abil Mətləb oğlunu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı 33 yaşlı Əliyev Sədi Mətləb oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Sumqayıtda da ölüm hadisəsi olub.12-ci mikrorayonda yerləşən kafelərin birində 37 yaşlı Elvin İsgəndərovun başqa biri ilə yaranan mübahisəsindən sonra ürəktutmasından öldüyü bildirilir. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı videoda təqdim edir.
- Şəhid övladlarının “Zəfər” intellektual yay düşərgəsi keçirildi
- Deputatdan taksilərlə bağlı təklif
- Prezidentdən məktəbəqədər təhsillə bağlı - Fərman
- Ağdərəyə daha 12 nəfər köçürüldü
- Bu nazirliklərə yeni səlahiyyətlər verildi
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- “Park Yasamal”da seçim imkanları genişləndi - Mənzillər satışda
- Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir