Qurban bayramının ilk günü Türkiyədə 16 minə yaxın insan qurban kəsərkən xəsarət alıb və həkimə müraciət edib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
“Qurban bayramının ilk günündə ölkə üzrə 16 minə yaxın insan qurbanlıq heyvanların kəsilməsi zamanı aldığı xəsarətlərlə əlaqədar tibb müəssisələrinə müraciət edib.
Yerli hakimiyyət orqanlarının tələblərinə görə, qurbanlıq heyvanların kəsimi xüsusi ayrılmış yerlərdə sanitar normalara riayət olunmaqla aparılmalıdır. Lakin Türkiyədə bu tələblər tez-tez pozulur və hər il Qurban bayramında minlərlə yerli sakin xəsarət alır”, - nazir X səhifəsində yazıb.
"Sabah" ilk dəfə Çempionlar Liqasına vəsiqə qazandı Azərbaycan klubu "Sabah" tarixdə ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxmağa haqq qazandı.
- “1914-cü ildə istifadəyə verilib, heç bir standarta uyğun gəlmir” - Video
- Bu iki yol bağlı olacaq
- İsrailin bu ölkədə səfirliyi açıldı
- Əpl yeni ağıllı saat modellərini təqdim etdi
- “Barselona” və PSJ-dən darmadağın, “Qalatasaray”dan məğlubiyyət - ÇL-də gecənin matçları
- ABŞ-da benzin kəskin ucuzlaşacaq - Tramp
- MAQATE Suriya ilə bağlı qərarını verdi
- Xarkovda yenidən ardıcıl partlayışlar baş verdi