Artıq səlahiyyət müddəti başa çatmış Milli Məclisin vitse-spikerinin Bakının rayonlarından birinə icra başçısı təyin olunacağı gözlənilir.
BUTA.TV Azpolitika.info-ya istinadla xəbər verir ki, bu barədə Prezident sərəncamı tezliklə elan olunacaq.
Məlumatda təyinat gözləyən vitse-spikerin kimliyi dəqiqləşdirilmir, amma çox böyük ehtimalla, bu Adil Əliyevdir.
Qeyd edək ki, 1 sentyabr növbədənkənar parlament seçkilərində formalaşdırılacaq Milli Məclisin tərkibində olduğu kimi, sədarətində də yenilənmə olacağı ehtimalı böyükdür.
- Bu, əsl dönüş nöqtəsidir - Merkel
- Rusiya yeni ballistik raketləri sınaqdan keçirəcək: Hədəfi isə...
- ABŞ-ın 2 hərbi gəmi və 8 neft tankerinə zərbələr endirildi
- Putin kifayət qədər güzəştə gedə bilər
- SEPAH F-35-lərin olduğu bazanı vurdu
- 50 il sonra yenidən... - Video
- İrana məxsus 5 neft tankeri məhv edildi - Video
- Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş