Macarıstan Baş naziri Viktor Orban Pekində Çin Prezidenti Si Szinpinlə danışıqlardan sonra Vaşinqtona gedib.
BUTA.TV xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat yayıb.
“Növbəti dayanacaq Vaşinqtondur”, - deyə Orban Pekindən ayrılan təyyarənin görüntülərini paylaşıb.
Orbanın ABŞ-a səfər proqramı açıqlanmayıb.
Qeyd edək ki, 5 iyulda Moskvaya gözlənilməz səfər edən Orban həmin gün Şuşaya gəlmiş, 6 iyulda geri qayıdarkən “qəfil səfərləri”nin anonsunu vermişdi.
Ötən gün gecə saatlarında Çinə gedən və bu gün səhər Szinpinlə görüşən Orban artıq ABŞ-a yollanıb.
Orban Ukraynada sülhə nail olmaq üçün çalışır.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video