Sentyabr ayından etibarən dərslərin altı günlük olması məsələsi gündəmdə deyil, şənbə gününün dərs günü kimi keçirilməsi nəzərdə tutulmur.
BUTA.TV xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Pravda.az-ın suallarını cavablandırarkən deyib.
İ.Orucov bildirib ki, məktəblərdə dərslərin beş və ya altı gün olması məktəbin Pedaqoji Şurasının qərarı ilə tənzimlənir:
“Bu məsələ Elm və Təhsil Nazirliyi tərəfindən tənzimlənmir. Həm də bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin sualını cavablandırarkən bu məsələ ilə bağlı münasibət bildirmişdi. Nazir dedi ki, dərslərin beş və ya altı günlük olması Nazirliyi maraqlandırmır. Nazirliyi maraqlandıran bütövlükdə nəzərdə tutulmuş proqramın məzmununun şagirdlərə ötürülməsidir, yəni keyfiyyətli təhsildir. Elə məktəblər var ki, orada şagird sıxlığı çox olduğu üçün ikinövbəli tədris həyata keçirirlər, dərslər şənbə gününə də salınır. Valideynlər istəyirlərsə, məktəb qarşısında bu qərarla çıxış edə bilərlər. Belə olan halda, dərslərin beş və ya altı günlük olması məsələsinə baxıla bilər. Valideynlərin qərarı mütləq şəkildə nəzərə alınmalıdır. Çünki təhsilin subyektlərindən biri də valideynlərdir. Ekspertlərin də bununla bağlı rəyləri var. Mən də bu fikirdəyəm ki, dərslər altı gün olsa, dərs yükü şagirdləri yükləməz. Beşgünlük tədris həftəsində isə şagirdlər bəzən 7 saat məktəbdə olurlar. 7 saatlıq dərs, təbii ki, keyfiyyətə təsir göstərir. Düşünürəm, müsbət mənada təsir göstərmir. Məsələyə sırf peşəkar münasibətdən söhbət gedir. Ola bilsin, əksər valideynlərə şənbə günü dərs olmaması münasibdir. Düşünürlər ki, həftə sonudur, evdəyəm, övladım da yanımdadır. Nəzərə alaq ki, altı günlük dərs həftəsinə keçid olsa, gündəlik dərs saatlarının yüklənməsi də olmaz. Beşgünlük dərs həftəsi, bəlkə də, məktəb müəllimləri üçün də sərfəlidir. Amma təkrar edirəm, bu, şagirdlərin kifayət qədər yüklənməsi deməkdir”.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir