Məsud Pezeşkianın Qərbi Azərbaycan əyalətinin Salmas şəhərindəki seçki qərargahının üzvü Hacı Əlili həbs edilib.
BUTA.TV xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Məlumata görə, o, din xadimlərini, müharibə veteranlarını və İbrahim Rəisini təhqir etməkdə günahlandırılıb.
Qeyd edək ki, Hacı Əlili seçkiqabağı təbliğat kampaniyasında vətəndaşların mollalara inanmadığını deyib. O, İbrahim Rəisinin həddən artıq şişirdildiyini, əslində onun prezident kimi azərbaycanlılar üçün yaddaqalan heç bir iş görmədiyini söyləyib.
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü