Meyxanaçı Ağamirzə Məmmədov hazırda həbsdə olan Rəşad Dağlı haqqında dediyi sözlərə görə tənqid edilib. Axşam.az xəbər verir ki, ifaçı bu haqda "Zarafat bir yana" proqramında danışıb. O bildirib ki, "Rəşad Dağlı birnömrəli meyxanaçıdır" sözlərinə görə ondan inciyənlər çox olub:
"Rəşad Dağlı meyxana sənətində o qədər yuxarıdadır ki, o yerə yaxınlaşan yoxdur. Bugünki gün yoxdur. la bilər ki, bir aydan sonra deyim ki, filan meyxanaçıdır nömrə bir. Gənclər arasında 5-6 nəfər var ki, onlar çox yaxşı meyxana deyirlər: Baləli, Ruslan, Elşən Balaxanı, Cahankeş. Ad çəkəndə məndən digər həmkarlarım inciyir. Deyirlər ki, onların adlarını dedin, mənim adımı çəkmədin. O zaman da məndən incimişdilər ki, Rəşad Dağlının da adını çəkib söyləmişdin ki, o birincidir.
Mən o qədər insanlarla pis olmuşam ki... Demişəm ki, dost yoxdur. Çox insanlar məndən inciyib. Öz payıma danışıram. Dost bir yerə qədərdir. Kiçik problemin olsa, səndən qaçacaqlar. Bu mənim düşüncəmdir. Qardaş da, bacı da, ata da, ana da bir yerə qədərdir... Dost Allahdır. Başqa dost axtarmayın".
- Bakı-Ağdam qatar bileti artıq 7 günlük səfər icazəsi verir
- Qəhrəmanmaraşda “Azərbaycan məhəlləsi”nin tikintisi tamamlandı
- ABŞ səfirliyindən azərbaycanlılara müraciət: DÇ-2026...
- Bakıda həbsdə olan daha 7 erməniyə hökm oxundu
- Magistraturaya qəbul imtahanı keçiriləcək
- Naxçıvanda qarın hündürlüyü 89 sm oldu
- İcra başçısı özünə birinci müavin təyin etdi
- 7 yaşlı uşağa 19 bıçaq zərbəsi vurulub... - Təfərrüat