İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da İran parlamentinin iclasında keçiriləcək.
BUTA.TV xəbər verir ki, bunu İran Parlamentinin Rəyasət Heyəti və Prezident Seçkiləri Təşkilat Komitəsinin nümayəndəsi Höccətül-islam Əlirza Səlim bildirib.
İran qanunvericiliyinə görə, andiçmə mərasimindən iki həftə sonra Prezident Pezeşkian hökumətinin tərkibini Məclisə təqdim etməlidir.
Xatırladaq ki, iyulun 5-də keçirilən prezident seçkilərinin 2-ci turunda Azərbaycan türkü, islahatçı cərəyana mənsub Məsud Pezeşkian rəqibi Səid Cəliliyə qalib gələrək prezident seçilib.
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı