"50 yaşını ötmüş müğənnilər: Aralarında Fəxri adı olan da, olmayan da var. Çıxırsınız efirə ki, “vaxtında varımız, evimiz, dövlətimiz, qızılımız olub”. İndi hanı onlar? Ağlınız olardı elə xərcləyərdiniz ki, bu yaşınızda da qalardı".
BUTA.TV xəbər verir ki, bu sözləri aparıcı və prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında paylaşdığı video açıqlamada deyib. Tolik, ad çəkmədən müğənni Sevda Əliqızının "Məndə olan pul, evlər heç indiki müğənnilərdə olmayıb" sözlərinə sərt şəkildə cavab verib:
"Bu cavanlara imkan verin. İndi cavanlar nə etsin? Hərənizin bir dövranı, saxlayanı, pul xərcləyəni olub. O vaxtlar telefon, “TikTok”, “Instagram” olmayıb ki, sizi də kabinetdə çəkib, sevgililərini paylaşsınlar. İndi cavanları salmısınız gözümçıxdıya. Siz etdiyinizi indiki müğənnilər etməzlər".
Bununla yanaşı, Tolik ayda 100 min manat qazandığını deyən müğənniləri də qınayıb:
"Nalayiq ifadələr işlədib, xəritələri masadan atıb və onu hədələyib" - Tramp Zelenski ilə görüşdə "dəli" olub
"İndi Şəbnəm, Vəfa (müğənnilər Şəbnəm Tovuzlu, Vəfa Şərifova - red.) çıxıb deyir ki, “ayda gəlirim 100 mindir”. Vergi qapınızı döysə, 77 dəsmalla ağlayacaqsınız. İki günə 100 min qazanan müğənni var. Kimə özünüzü göstərirsiniz? Kimə lazımdır? 3, 4 minə toya gedirsiniz, ayda evdə tapılmırsınız. Bu göstərici, sənətkarlıq, elit təbəqə deyil. Sizdən yuxarı təbəqə 2, 3 günə 3, 4 toya gedib 100 minləri var. 30 gün hava limanında yatmayaraq, Bakıda ayda 3 toya gedib 100 min qazanan müğənni var.
Heç kimə paxıllıq etmirəm. Bunu deməklə nə göstərmək istəyirsiniz? Ayda 300, 500 işləyənlərə acıq verirsiniz? Deyirsiniz, siz kasıbsınız, biz varlı? Öllkədə 10 müğənni var ki, ölkədən çıxmır. Nə uşağınızın, nə ərinizin yanındasınız. Bütün günü təyyarədəsiniz. Elə bil milyon qazanırsınız. Ayıbdır, camaat nə deyəcək? Görməmişliyin də dərəcəsi var".
- Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı
- Qafarova və Simonyan nələri müzakirə etdi?
- Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...
- Bakının orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...
- Astanada Heydər Əliyevin ən sevdiyi mahnı səsləndirildi - Video
- İlham Əliyevin qərarını alqışlayırıq - İrəvan
- Tokayevdən Əliyevə maraqlı hədiyyə - Video
- İlham Əliyevdən TRİPP layihəsi ilə bağlı açıqlama