"Qadınla kişi bərabər hüquqludur. Kişinin çəkdiyi əziyyəti qadın çəkmir. Tək fərq qadın ağlaya bilir, kişi yox. Bir şey olanda da qadınlar deyir, biz zəyifik. Onda yerini bil. Yeri gələndə tələb edirsən, məhkəmə ilə hədələyirsən. Hər şey o vaxt tənzimlənir ki, qadınla kişi bir birinə hörmət edir və namus. Kişi qadını bir səbəbdən boşaya bilər: xəyanət üstündə. Qədimdə öldürürdülər, indi mənası yoxdur. Öldürdün gedəcəksən həbsxanaya, ya da sağ qalıb qadın öz kefini edəcək. Tutdun, denən, yaxşı yol".
BUTA.TV axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Qorxmaz Əlili "Mən" yutub layihəsində danışıb. Aktyor qadın-kişi problemindən danışıb.
Q.Əlili yeni ideyasını ilk dəfə bölüşüb:
"Dua edirəm ki, Allah mənə atam qədər ömür versin. 95 yaşında vəfat edib. O qədər görüləcək işlərim var. Ölmək bu dəqiqə istəyərəm, o qədər hər şeydən, hamıdan bezmişəm ki... Məni yaşadan sənətdir. 12 il əvvəl Allah mənə istedad verib, musiqi alətləri düzəltmişəm. İndi musiqiçi axtarıram, bir baxan yoxdur. 10- yaxın alətdir. Allaha deyirəm ki, bunu verdin, indi imkan yetir başa çıxartdım. Yaşlıyam, şəkərim var, paraliç keçirtmişəm. Gözləyirlər mən öləndən sonra öz adlarına yazsınlar. Bir buna görə ölmək istəmirəm. İstəyirəm ki, məni də öləndən sonra 3 gün saxlasınlar. Əgər ocağımda hörmətim varsa, saxlasınlar".
- Qəhrəmanmaraşda “Azərbaycan məhəlləsi”nin tikintisi tamamlandı
- ABŞ səfirliyindən azərbaycanlılara müraciət: DÇ-2026...
- Bakıda həbsdə olan daha 7 erməniyə hökm oxundu
- Magistraturaya qəbul imtahanı keçiriləcək
- Naxçıvanda qarın hündürlüyü 89 sm oldu
- İcra başçısı özünə birinci müavin təyin etdi
- 7 yaşlı uşağa 19 bıçaq zərbəsi vurulub... - Təfərrüat
- Yaxın günlərdə qar və çovğun olacaq? – Rəsmi