Xalq artisti Ağadadaş Ağayevin iştirak etdiyi dava ilə bağlı cinayət işi açılıb.
Bu barədə “BUTA.TV”ya DİN-in mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır.
Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Münaqişə tərəfləri — N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Əldə etdiyimiz məlumata görə, onların barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat veriləcək.
Qeyd edək ki, Ağadadaş Ağayevlə əlbəyaxa olan şəxsin “Medera” hospitalın mühafizəçisi olduğu bildirilir
- MM-də sənədsiz evlərlə bağlı mühüm təklif
- Bu şəxslərin vərəsələrinə müavinət veriləcək
- Temperatur 39 dərəcəyə yüksələcək
- Malların gömrük dəyəri manatla bəyan ediləcək
- Prezident 2 fərman imzaladı
- Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi
- Doktorantura imtahanında problem... - DİM aydınlıq gətirdi
- Azərbaycan vətəndaşı Türkiyədə faciəvi şəkildə öldü - Foto