Uşaqlarınızın düşmən olmaması üçün 7 şərt

07:18 - 26 İyul 2024 - CƏMİYYƏT

 Uşaqlarınızın düşmən olmaması üçün 7 şərt

Olduqca məsuliyyət tələb edən valideyn-övlad münasibətləri zamanı edilən kiçik bir səhv uşaqların alt şüurunda ciddi mənfi təsirlər buraxa bilər. Ailədəki uşaqlarla davranışlarda müəyyən məqamlara diqqət yetirmədikdə isə onların bir-biri ilə “düşmən” münasibəti formalaşır.

BUTA.TV xəbər verir ki, mütəxəssislər valideynlərin həmyaşıd olan övladları ilə münasibəti zamanı onları bir-birinə rəqib hiss etdirəcək, dəyərsizlik hissi yaşadacaq 7 təhlükəni davranış şəklini açıqlayıblar.

1. Bacı və ya qardaşından nümunə götürməlisən!

Digər uşaqlarla müqayisə heç də yaxşı motivasiya şəkli deyil. Belə olan halda biri digərindən daha yaxşı, yaxud daha pis olduğu fikrinə qapılır ki, uzunmüddətli perspektivdə bu, həm özünə hörmət problemlərinə, həm də uşağın hiylələrdən istifadə etməyə başlamasına, acı rəqabətə səbəb ola biləcək qısqanclıq hisslərinə səbəb ola bilər.

Bu xəbər hal-hazırda çox oxunur
Bu gün Bakıda mühüm addım atıldı - Nazir

2. Onu sevməlisən!

Ailəyə yeni bir körpə gələn zaman böyük uşaq adətən stress yaşayır. Böyük uşaqlara “yeni”nin qan bağı ilə bağlı olduqlarını israrlı şəkildə təlqin eləmək vəziyyəti daha da pisləşdirə bilər. Yaxşı olar ki, onlara sözlə nəyisə izah eləməkdənsə, birlikdə zaman keçirmələrinə şərait yaradasınız.

3. Bacı və ya qardaşına baxmalısan!

Yaş fərqi çox olduqda bir çox valideyn böyük övladının kiçiyə baxmasını istəyə bilər. Ancaq bu durumda belə böyük övlada “baxıcı olmaq” vəzifə kimi yüklənməməli, uşaqlardan biri digərinin valideyni olaraq özünü görməməlidir.

4. Sən daha böyüksən, olğun davran, görməzdən gəl!

Kiçiyin tərəfini tez-tez saxlayıb, böyüyü isə nələrisə görməzdən gəlməyə məcbur eləmək uşaqlar arasında münasibətlərin qırılmasına, eyni zamanda xarakterik problemlərə gətirib çıxarır. Əlavə məsuliyyət, davamlı təzyiq səbəbindən böyük uşaq daim başqaları tərəfindən təsdiqlənmək ehtiyacı görür, dostları ilə əlaqə yaratmaqda çətinlik çəkir, qayğılı, mükəmməliyyətçi bir xarakteri formalaşır.

5. Kim birinci edəcək?

Uşaqları bir-biri ilə rəqabətə məcbur eləmək, hər iki uşağın məğlubiyyəti və qalibiyyəti çox güclü hiss etməsinə səbəb olur. Rəqabət uşaqlar üçün oyun deyil. Məsləhətdir ki, onları bir-biri ilə yarışan iki rəqib yox, eyni vəzifəni birgə yerinə yetirən komanda halına gətirəsiniz.

6. Qəzəblənməyi dayandır, məsələni özün həll et!

Uşaqlara əsəbiləşməyi qadağan etmək yerinə, onları dinləyin, duyğularının normal olduğunu bildirib, problemi həll etmələrinə köməklik göstərin.

7. İkinizi də bərabər sevirəm!

Uşaqları ayırmamaq önəmlidir. Amma bu cümləni qurmaq onların heç bir xüsusi bacarığının, yönünün olmadığı anlamına gəlir. Əvəzinə onların fərqli xüsusiyyətlərini qabardaraq, bacarıqlarına görə tərifləmək daha yaxşı olar. Belə olanda uşaqlar özlərini dəyərli hiss edir, fərdi bacarıqlarının fərqində olur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol