AZAL təyyarəsini vuran rusiyalı kapitanın şok səs yazısı - VİDEO

13:02 - 28 İyul 2025 - KRİMİNAL

 AZAL təyyarəsini vuran rusiyalı kapitanın şok səs yazısı - VİDEO

2024-cü il dekabrın 25-də AZAL-a məxsus "EMBRAER 190" mülki təyyarəsini vuran kapitan Dmitri Paladiçukun çəkdiyi eksklüziv audioyazılar və videogörüntülər yayımlanıb.

BUTA.TV "Minval Politika"ya istinadən xəbər verir ki, Dmitri Paladiçuk Rusiya ordusunun fəaliyyət göstərdiyi şəraiti ətraflı təsvir edir. Səs yazısında Dmitri Paladiçuk nasaz texnika, təchizat çatışmazlığı, Rusiya ordusundakı nizamsızlıqdan söz açır.

Onun sözlərinə görə, 274 saylı döyüş maşınının ekipajı Qroznıya Suriya kampaniyasından sonra pis texniki vəziyyətdə gəlib.

Dmitri Paladiçuk vurğulayıb ki, "Pantsir"ə texniki qulluq göstərilməyib, termal kamera, radar və optik sistemlər nasaz olub. D.Paladiçuk hələ dekabrın 15-də kor-koranə, hədəfi görmədən atəş açmalı olub.

Bu xəbər hal-hazırda çox oxunur
Qudalar vəzifədə imiş – FOTOLAR

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol