"Dream Feast" festivalı yalnız musiqi performansları ilə deyil, iştirakçı sənətçilərin səhnə tərzləri və geyim seçimləri ilə də gündəmə gəlib. Sosial şəbəkələrdə və mediada sənətçilərin səhnə obrazları geniş müzakirələrə səbəb olub.
Ənənəvi olaraq, bəzi ifaçılar dəbli və zövqlü geyimləri ilə diqqət çəkib və müsbət rəylər alıb. Digərləri isə uyğun olmayan səhnə tərzinə görə izləyicilər və mütəxəssislər tərəfindən tənqid olunub.
Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən modelyer-dizayner Şəlalə Maqsudova festivalda diqqət çəkən və zəif hesab etdiyi səhnə obrazlarını dəyərləndirib. O bildirib ki, ümumilikdə çox sayda geyimi izləyib və daha çox uyğun olmayan seçimlərlə qarşılaşıb:
“Bir çox müğənnilərin geyimlərinə baxdım. Xoşuma gələnlər də oldu, amma tədbirin formatına uyğun görmədiklərim daha çox idi. Ən çox da Nigar Camalın geyimini bəyənmədim. Sanki o, Amerikanın 80-90-cı illərində qalıb. Həmin dövrün tərzində, eyni üslubla səhnəyə çıxmışdı. Geyiminin üst hissəsi çimərlik paltarı formasında idi və sinə nahiyəsi çox böyük, qabarıq görünürdü. Bu da vizual olaraq yaxşı təsir bağışlamır. Açıq-saçıq geyinmək dəb demək deyil”.
Modelyer Zülfiyyə Xanbabayevanın təqdimatını isə mükəmməl hesab edib:
“Geyimi, saç düzümü və baş aksesuarı bir-birini gözəl tamamlamışdı. Hollivud ulduzlarını xatırladırdı. Bir sözlə, Zülfiyyə xanım səhnəyə yaraşan şəkildə çıxmışdı”.
Şəlalə Maqsudova Aygün Kazımovanın da bu dəfəki seçiminin uğurlu olmadığını bildirib:
“Onun adi səhnə çıxışlarında geyindiyi libaslar daha zövqlü olur. Bu dəfəki seçim uğurlu deyildi. Eyni fikri Aysel Teymurzadə və Samirə Əfəndi haqqında da deyə bilərəm ki, geyimləri səhnəyə uyğun deyildi”.
Bəyəndiyi digər sənətçilər arasında Tünzalə Ağayeva və Roza Zərgərlinin də adını çəkib:
“Tünzalə xanımın geyimi sadə, zərif və zövqlü idi. Baş aksesuarı ilə tamamlanmışdı. Roza Zərgərlinin də görünüşü tam yerində idi – həm makiyaj, həm saç düzgün seçilmişdi və ümumi obrazı tamamlayırdı”.
Kişi sənətçilərdən danışan modelyer bəzi tənqidlərini də bölüşüb:
“Faiq Ağayevin kostyum rəngi ona uyğun deyildi. Uğurlu seçim sayılmazdı. Amma Zamiq Hüseynov və Miri Yusifin səhnə geyimlərini çox bəyəndim – sadə, tərzli və yerində idi. Emin Ağalarovun isə klassik qara kostyumu diqqətçəkici olmasa da, təhlükəsiz və zövqlü seçim idi”.
Qeyd edək ki, "Dream Feast" festivalı bu il bir sənət adamlarını bir araya gətirərək həm musiqi, həm də vizual baxımdan yadda qalan anlara imza atıb.
- İran qorxur, Türkiyə xəyal edir: Zəngəzura xoş gəldiniz – ABŞ nəşri
- Nazirlik növbəti dəfə hərrac keçirdi
- Hakan Fidan Ceyhun Bayramovla danışdı
- Qarabağdakı yanğınla bağlı polisə konkret tapşırıqlar verildi
- Fransa parlamentində Bakıya qarşı qətnamə ilə bağlı bəyanat
- DİN-də əməliyyat müşavirəsi: Vəzifələr tam icra olunmalıdır
- “Bakcell”in dəstəyi ilə YAŞAT yay məktəbi Londonda
- Azərsundan “Azərçay”ın şüarı ilə bağlı açıqlama