Etibarlı mənbələrə istinadla 2024-cü il 25 dekabr tarixində AZAL-ın Bakı-Qroznı reysi ilə uçan mülki “Embraer 190” təyyarəsinin vurulması ilə bağlı yeni və sensasion məlumat yayılıb.
BUTA.TV xəbər verir ki, araşdırma insidentin hərbi strukturlardakı ciddi rabitə pozuntuları, radar nasazlıqları və əmrlərin məsuliyyətsiz şəkildə verilməsi nəticəsində baş verdiyini ortaya qoyur.
Hadisənin xronologiyası:
03:26 – “Pilotsuz təhlükə” siqnalı elan olunur. Bu siqnal 12:00-dək qüvvədə qalır və Şimali Qafqaz Federal Dairəsindəki hərbi strukturlara ötürülür.
08:05 – “Xalça” siqnalı işə salınır. Bu siqnal havada olan bütün hava gəmilərinin (axtarış-xilasetmə və hərbi dronlar istisna olmaqla) dərhal enməsini və ya zonanı tərk etməsini tələb edir.
07:23 – 09:07 aralığında Embraer 190 təyyarəsi radar izləməsində olur. Lakin 08:09 – 08:13 arasında təyyarənin radar izlənməsi qəfil kəsilir.
08:12 – Kapitan Dmitri Paladiçuk pilotsuz uçuş aparatı olduğunu ehtimal etdiyi hava hədəfi barədə məlumat verir.
08:13 – General-mayor Aleksandr Tolopilo hədəfin məhv edilməsi əmri verir. İki 95Ya6 tipli raket buraxılır və mülki təyyarəyə tuş gəlir.
“Minval Politika”nın əldə etdiyi məlumatlara görə:
Radar və “Pantsir-S” zenit-raket kompleksində texniki nasazlıqlar olub;
Tolopilo hadisənin obyektiv nəzarət görüntülərini saxtalaşdırmağa cəhd edib, guya raketlərin öz-özünə məhv olduğunu bildirib;
Radar izləməsinin itməsi və təyyarənin “pilotsuz aparat” kimi səhv identifikasiya olunması ilə bağlı istintaq materialları gizlədilib;
General-mayor cəzalandırılmaq əvəzinə yeni vəzifəyə – Şərq Hərbi Dairəsinə təyinat alıb. Daha sonra istintaq dayandırılıb, məsuliyyət ört-basdır edilib. Bütün bu ciddi qanun pozuntularına baxmayaraq, Rusiya Aerokosmik Qüvvələrinin rəhbərliyi və 4-cü Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun komandanlığı hadisə ilə bağlı istintaqın gedişinə əngəl törədib.
Əldə edilən sənədlər göstərir ki, mülki bir təyyarə pilotsuz düşmən cihazı ilə səhv salınıb və nəticədə sərnişinlərin və ekipaj üzvlərinin həyatı bahasına faciə baş verib.
Xatırladaq ki, qəza nəticəsində təyyarədəki bütün sərnişin və heyət üzvləri həlak olmuşdu. Hadisə beynəlxalq səviyyədə rezonansa səbəb olmuş, lakin rəsmi Moskva təfərrüatları uzun müddət gizli saxlamışdı. Bu yeni məlumatlar isə məsuliyyətin konkret hərbi şəxslərə aid olduğunu göstərir.
Qeyd edək ki, həmçinin 2024-cü ilin 25 dekabrında Bakı-Qroznı reysi üzrə hərəkət edən AZAL-a məxsus “Embraer 190” sərnişin təyyarəsinin vurulmasına səbəb olan şəxslərin siyahısı yayılıb.
Təyyarəmizin vurulmasında rol oynayan şəxslərin siyahısı belədir:
Aleksandr Tolopilo – raketin buraxılması əmrini verən, 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının komandiri general-mayor;
Nikolay Orlyanski – əmri qəbul edib, onu ekipaj üzvlərinə ötürən polkovnik-leytenant;
Dmitri Paladiçuk – əmri dərhal icra edən kapitan.
Bundan əlavə, 51-ci hava hücumundan müdafiə diviziyasının döyüş idarəetmə qrupunun böyük şturmanı kapitan Dmitri Pudovkin, Cənub Hərbi Dairəsinin qərargahının əməliyyat növbətçisi polkovnik-leytenant Vladimir Yanovski, 4-cü Qvardiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun komanda məntəqəsinin operativ növbətçisi polkovnik Gennadi Yeremenko da təyyarəmizin vurulmasında rol oynayıb.
Adıçəkilən şəxslərin heç biri məsuliyyətə cəlb olunmayıb – əksinə, bəziləri vəzifədə yüksəliblər.
- Ermənistan sərhədində nüvə təhlükəsi: Partlayış xəbərdarlığı
- İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi – Təcili
- "Mübariz İbrahimov" gəmisi miqrantları xilas etdi - Foto
- İran qorxur, Türkiyə xəyal edir: Zəngəzura xoş gəldiniz – ABŞ nəşri
- Nazirlik növbəti dəfə hərrac keçirdi
- Hakan Fidan Ceyhun Bayramovla danışdı
- Qarabağdakı yanğınla bağlı polisə konkret tapşırıqlar verildi
- Fransa parlamentində Bakıya qarşı qətnamə ilə bağlı bəyanat