İyun ayında “Tesla” şirkəti kapot qapaqları ilə bağlı problemlər səbəbindən elektrik avtomobillərini kütləvi şəkildə geri çağırmağa məcbur olub.
BUTA.TV xəbər verir ki, bu barədə “Ars Technica” nəşri məlumat yayıb.
Ümumilikdə şirkət son dörd ildə istehsal edilən 1,85 milyon ədəd “3”, “S”, “X” və “Y” modellərini bir aydan az müddətdə geri çağırıb.
Problem ilk dəfə mart ayında çinli “Tesla” sahiblərinin kapotun özbaşına açıldığına dair şikayətindən sonra məlum olub.
"Sabah" ilk dəfə Çempionlar Liqasına vəsiqə qazandı Azərbaycan klubu "Sabah" tarixdə ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxmağa haqq qazandı.
Araşdırma zamanı məlum olub ki, problem kapotun kilid açarının deformasiyası ilə bağlıdır. Bu da öz növbəsində müştərilərin kapotun açıq olması barədə bildirişlər almasına mane olur.
Vurğulanıb ki, problem kapotun qapağı ilə əlaqəli olsa da, proqram yeniləməsi ilə həll edilə bilər.
- Paşinyan Makronla görüşdü
- Yeni “iPhone 18” bu qiymətə satılacaq - Video-Fotolar
- Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
- Leyla Əliyeva Madriddə ispanca çıxış etdi - Video
- Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
- ABŞ-la hərbi qarşıdurma başa çata bilər - SEPAH
- Türkiyə və Rusiya arasında kritik görüş: Qafqaza müdaxilə...
- “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru