Xalq artisti Tünzalə Ağayeva yeni fotosessiya etdirib.
Çalışqan pop ulduz bu dəfə də fərqlənməyi bacarıb. Xalq artisti “Space 13” adlı tarixi məkanda lentə alınan yeni layihəsinin ilk görüntülərini təqdim edib.
Estrada ulduzu yeni fotosessiyası üçün fotoqraf Azər Cəfərin kamerası önünə keçib. Onun obrazları üzərində tanınmış stilist, geyim və stil üzrə mütəxəssis Elnarə de Birbuet çalışıb. Geyim modelyer-dizayner Zümrüd Mirzəliyevaya məxsusdur. Layihənin prodüseri Yalçın Cabbarovdur.
Qeyd edək ki, “Space 13” zamanında İran əsilli neftçiyə məxsus olan, Şərq və Qərb sənətinin sintezini əks etdirən çiçək və həndəsi motivlər, filigran dekor və xarakterik dekorativ elementləri ehtiva edən tarixi “Mudejar” üslublu binadır. Sovet dövründə bina milliləşdirilib.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bina yenidən şəxsi mülkiyyətə çevrilib. Daha sonra isə “Nargis” Fondunun təsisçisi Ülviyyə Mahmud tərəfindən əksər memarlıq elementlərinin və binanın ümumi görünüşünün ilkin vəziyyətdə qorunması ilə şərti ilə bina bərpa edilib./BAKU.WS
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir