Türkiyənin Muğla şəhərinin Ortaca rayonunda 2 qardaş arasında borc üstündə başlayan mübahisə qanla bitib.
BUTA.TV Türkiyə mediasına istinadən xəbər verir ki, H.A. adlı şəxs qardaşı Şahin A. ilə borc məsələsi üzündən mübahisə edib.
Daha sonra isə o, silahını çıxararaq Şahin A.-nı ayağından güllələyib. H.A. bir neçə dəfə atəş açsa da, silahın nasazlığı və ətrafda olan insanların müdaxiləsi nəticəsində güllələrdən ancaq biri hədəfə dəyib. Bundan sonra H.A. oradan qaçıb.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb edilib.
H.A.-nın axtarışlarına başlanılıb.
- Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
- Naxçıvanda pensiyalar ödənildi
- Tarixi görüşün ildönümündə İlham Əliyevə zəng etdi
- Sabah 40 dərəcə isti olacaq
- Füzuli meydanına gedən yol vaxt açılacaq?
- Xanımının doğum günündə vəfat edibmiş...
- Pirşağıda batan 16 yaşlı oğlanın meyiti tapıldı
- Ağdaşda nişan münaqişəsi: polis araşdırma aparır