Bir neçə gün əvvəl İsveçin paytaxtı Stokholm şəhərinin Upplands-Bru adlanan hissəsində qətlə yetirilən Azərbaycan vətəndaşı 35 yaşlı Məhəmməd Xankişiyevin nəşi hələ vətənə gətirilməyib.
“BUTA.TV” xəbər verir ki, bu barədə Oxu.az-a Məhəmmədin atası Rafael Xankişiyev məlumat verib. O qeyd edib ki, hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı dəqiq məlumatları yoxdur: “Şirvan rayonundanıq. Bir oğlum, bir qızım var. Oğlum 13-14 il idi ki, İsveçdə yaşayırdı. Hələ evlənməmişdi, subay idi. Orada restoranda işləyirdi. Hadisənin necə baş verməsi ilə bağlı bizə heç bir məlumat vermirlər. Ortada ancaq fərziyyələr var”.
Məhəmmədin güllələnmə səbəbi və cənazəsinin Azərbaycana nə vaxt gətirilməsinə gəlincə isə, R.Xankişiyev bildirib ki, bu barədə də onlara hələ dəqiq məlumat verən olmayıb: “Güllələnmə səbəbi məlum deyil, amma ortada belə bir fərziyyə var ki, səhvən vurublar. Oradakı polis də, prokurorluq da deyir ki, səhvən vurulub - kiməsə oxşadıblar, səhv salıblar. Deyirlər, iş polisdədir, araşdırma aparılır.
Cənazə barədə də dəqiq məlumatımız yoxdur. Dediklərinə görə, bu gün oğlumun meyitini verəcəklər. Əgər bu gün versələr, yəqin ki, sabaha gələr. İstintaq getdiyi üçün dəqiq nəsə bilmirik, gözləyirik”.
Xatırladaq ki, hadisə iyulun 30-u baş verib. İsveçdə yaşayan həmyerlimiz Məhəmməd Xankişiyev evinin yaxınlığında naməlum şəxs tərəfindən açılan atəşlə qətlə yetirilib.
- Soydaşımızı Ermənistanda döydülər - Video
- Putinin rezonans doğuran müraciəti: Bu sözü demədi!
- 3 böyük güc Rusiyaya qarşı – Putin 2 ay dözmək üçün…
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!