Dünya birjalarında baş verən kəskin dalğalanmalar bir çox səbəblə əlaqəlidir. Başlanğıc nöqtəsi Tokio birjasında oldu. Yaponiya Birjası Mərkəzi Bankın uçot dərəcəsinin artırılması qərarına çox sərt reaksiya verdi. Yaponiyada başlayan çöküş digər birjalarda da dalğalanmalara gətirib çıxardı.
Bu sözləri BUTA.TV-a iqtisadçı-ekspert Natiq Cəfərli son günlər qlobal bazarda yaranan problemlər və birjaların çökməsinin səbəbləri haqqında danışarkən deyib. Onun sözlərinə görə, bu hal dünyada iqtisadi böhranın başlanmasına bir işarədir:
“Tokio birja tarixində ilk dəfə idi ki, bir gün ərzində bu qədər dəyər itirirdi. Sonradan Asiya, Amerika birjalarına da təsir göstərdi. Amma bunun uzunmüddətli və qalıcı olmasını indidən söyləmək çətindir. Düzdür, dünyada iqtisadi böhranla bağlı ciddi əlamətlər var. Onun dərhal başlanması və ya sonra olacağı ilə bağlı fikir söyləmək çətindir. Tendensiyaları müşahidə etmək, ölçmək lazımdır. İqtisadi modellər qurulmalıdır. İstənilən halda gedişat yaxşı deyil. Bu, həm də onunla bağlıdır ki, dünyanın iki böyük ölkəsi ABŞ və Çin iqtisadiyyatında artım tempi aşağı düşüb: gözləntiləri doğrultmur, işsizlik artmağa başlayıb. Bu isə iqtisadi böhranın ilk siqnalıdır”.
Ekspert birjalarda yaranan böhranın Azərbaycan iqtisadiyyatına necə təsir edəcəyinə diqqət çəkib:
“Neft və qaz qiymətləri istisna olmaqla birjaların Azərbaycana birbaşa təsiri yoxdur. Çünki Azərbaycanın beynəlxalq birjalarda alınıb-satılan şirkət səhmləri yoxdur. Amma neft və qazın qiymətinin düşməsi Azərbaycana birbaşa təsir göstərir. Gəlirlərini azaldır. Valyuta ehtiyatlarının azalması iqtisadiyyat üçün ciddi təhdiddir. Gələcəkdə devalvasiyaya ilə nəticələnə bilər”.
- Məhərrəmov torpağımda dəbdəbəli villa tikib - Polkovnik
- Nigarı buraxın, kişi əxlaqsızları mediadan təmizləyin!
- 70 kq qızılla saxlanılan polkovnik-leytenantın həbsi uzadıldı
- Adnan Əhmədzadədən Messiyə bahalı hədiyyə - VİDEO
- Şərurlu İsfəndiyar məhkəməyə verildi
- AZAL təyyarəsinin qəzasında sağ qalan sərnişin: "Ən böyük yük isə stüardessanın üzərində idi"
- Pezeşkian Əliyevə məktub göndərdi
- Koreyada yaşayan azərbaycanlılara xəbərdarlıq edildi