“Mənə bəzən deyirlər ki, siz hansısa bir məsələ haqda danışarkən yanıqlı və içdən danışırsınız. Deyirəm ki, bacım 38 yaşındaxərçəng xəstəliyindən dünyasını dəyişdi. Onun azyaşlı uşaqları yetim qaldı. Bunu yaşamışam”.
BUTA.TV olay-a istinadla xəbər verir ki, bu sözləri Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişində deyib. O, ailəsində baş verən faciə dolu hadisələrdən söz açıb. Aparıcı proqramı apararkən bacısı oğlunun göldən nəşinin çıxarması xəbərini alıb:
“1990-ci illərdə qardaşımın biri vəfat edib. Bu yaxınlarda xəstə atam bacıları və qızları ilə birlikdə onun dağıdılmış məzarını çətinliklə tapdı. Bunu necə danışmayım. Digər qardaşım Vətən və yurd həsrəti ilə öldü. O vəfatından əvvəl məndən söz aldı ki, torpaqlarımız geri qayıdandan sonra məzarımı ora köçürəcəksən. Necə bunu danışmayım?! Qardaşımın övladı “leykoz” xəstəliyindən qucağımda öldü. İllərlə onun üçün Türkiyədə və digər ölkələrdə qan və donor, ilik axtardıq. Onun-bunun qapısında pul yığmaq üçün diləndik.
Dərdimiz çoxdur, saymaqla bitməz. Ona görə verilişim “Səni axtarıram”a pənah gətirən insanların dərdini özüm kimi bilirəm. Ona görə onlara özümünkü kimi yanaşıram. Faciə nədir bilirəm. Əmimin yüksək dağların birində yıxılmışdı, yox olmuşdu…
Bütün kənd camaatı günlərlə onu axtarırdılar. Nənəm onun tapılması üçün göz yaşı axıdırdı. Bacımın 14 yaşlı uşağı suda boğularaq öldü. Yəni bu dərdlərin hamısını yaşadığım üçün mən bu verilişə pənah gətirən insanların dərdini özümkü hesab edirəm. Ona görə yana-yana danışıram. Bacımın oğlu göldə axtarılıb tapılana qədər mən verilişdə idim.
Efiri dayandırmadım. Hər an rejissor qulağıma xəbər verirdi. Düşünün ki, mən verilişi necə aparmışam. Bacımın oğlunun göldən meyiti çıxarılanda veriliş bitdi və mənə bu xəbəri çatdırdılar. Bunları mən yaşamışam. İnsanların dərdinə öz dərdiniz kimi yanaşın”.
- Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu
- Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…
- İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video
- PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı
- Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce
- Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü
- “Trendyol” və “Temu”dan alış-veriş edənlər DİQQƏT!
- İki gün ard-arda baş verən mina partlayışları... - XİN