Laçında itkin düşmüş hərbiçilərə görə iki nəfər həbs edildi

17:38 - 7 Avqust 2024 - KRİMİNAL

 Laçında itkin düşmüş hərbiçilərə görə iki nəfər həbs edildi

Azərbaycan ordusunun hərbi qulluqçuları, əsgərlər - Fərid Əjdər oğlu Məmmədov və Firdovsi Mais oğlu Abdullayevin 3 mart 2022-ci il tarixdə Laçın rayonu ərazisində itkin düşmələri ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaqı aparılmış cinayət işi üzrə Təbriz Rasim oğlu Babayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci, 329.2.2-ci, 329.2.6-cı və 341.3-cü maddələri ilə, Taleh Möhübbət oğlu Həməşəyevə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə ittiham elan edilib və iş baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilib.

BUTA.TV xəbər verir ki, bu barədə hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.

"Füzuli hərbi məhkəməsinin 22.09.2023-cü il tarixli hökmü ilə Təbriz Rasim oğlu Babayev və Taleh Möhübbət oğlu Həməşəyev onlara elan olunmuş yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Bir daha Allahdan hərbçilərimizə rəhmət, doğmalarına səbir diləyirik", - o qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol