Ukraynanın qəfil hücumu: rus ordusu rüsvay oldu - Teleqraf

21:46 - 8 Avqust 2024 - DÜNYA

 Ukraynanın qəfil hücumu: rus ordusu rüsvay oldu - Teleqraf

Ukraynanın Kurska qəfil hücumu rus ordusunu rüsvay etdi.

BUTA.TV xəbər verir ki, bu barədə “Teleqraf” (The Telegraph) nəşrində dərc edilən materialda bildirilib.

Bildirilib ki, 6 avqustda ən azı 300 ukraynalı əsgər Rusiya sərhədini keçərək, Kursk vilayətinə hücum edib:

“Ukrayna qoşunları tez bir zamanda Rusiya ərazisinin 350 kvadrat kilometrini zəbt etdi və onlarla rusu əsir götürdü... 48 saatdan az müddətdə Ukrayna 2023-cü ilin yayında baş vermiş uğursuz əks-hücumdan daha çox ərazini ələ keçirdi”.

Bu xəbər hal-hazırda çox oxunur
Fransadan Netanyahunun həbs qərarına – Şok cavab

Qeyd olunur ki, Ukraynanın Kursk istiqamətində hücumunun üç əsas məqsədi var: Rusiya qüvvələrini Donetsk bölgəsindəki əməliyyatlardan yayındırmaq; Rusiya daxilində nifaq salmaq və gələcək danışıqlar zamanı ərazi mübadiləsinə nail olmaq.

Ekspertlərin fikrincə, ilkin sürətinə baxmayaraq, Ukraynanın Kurskda irəliləməsi çox güman ki, qısamüddətli olacaq:

“Qərbin təzyiqləri, çox güman ki, Kiyevi kursunu dəyişməyə məcbur edəcək. Bununla belə, Ukraynanın Kurska hücuma göstərdi ki, Rusiya “Vaqner” qrupunun 2023-cü ilin iyun üsyanı zamanı Rostovu ildırım sürətilə ələ keçirməsindən heç bir dərs götürməyib. Ukraynanın məhv edilməsi və taktiki nüvə silahlarının tətbiqi ilə bağlı iddia edilən təhdidlərdən başqa, Rusiya Kursk hücumuna ciddi cavab verə bilmədi. F-16-ların da cəbhə xəttinə gəlməsi ilə Putinin narahat olacağı çox şey var”.

Qeyd edək ki, Ukrayna ordusu 6 avqustda Kursk vilayətinə hücum edib və 11 kəndi nəzarətə götürüb. Bu gün isə Suca şəhərini ələ keçirdiyi iddia edilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol