Lənkəranda yol qəzası olub.
BUTA.TV xəbər verir ki, hadisə Qurumba kəndində baş verib.
Hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili “Mersedes” markalı minik avtomobili ilə toqquşub. Bundan sonra hər iki nəqliyyat vasitəsi yol kənarındakı elektrik dirəklərinə çırpılıb. Qəza nəticəsində üç nəfər - Lənkəran rayon Kərgəlan kənd sakini, 1989-cu il təvəllüdlü Arzu Xanverdi qızı Canıyeva, Lənkəran rayon Şağlaküçə kənd sakini, 1995-ci il təvəllüdlü Nurlan Akşin oğlu Kərimzadə və onun həmkəndlisi, 1995-ci il təvəllüdlü Rasim Ariz oğlu Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Onlara ilkin tibbi yardım göstərilib. Yaralılardan biri vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
- Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə qayıdacaq
- İsmayıllıda torpaq sürüşməsi: üç ailənin yaşadığı ev...
- Üç min vətəndaşın yolu uzanıb - 4 aydır tədbir görülmür-Video
- Günay Novruzqızına vəzifə verildi
- Xırdalanda minik avtomobili sərnişin avtobusuna çırpıldı - Video
- Balakəndə su dolmuş ərazilər təmizlənir - Video
- İstirahət günü hava necə olacaq?
- Masallıda atdan yıxılan 49 yaşlı kişi öldü