Hindistan hökuməti Banqladeşlə sərhəddə yaşayan vətəndaşlarının təhlükəsizliyini təmin etmək və oradakı vəziyyətə nəzarət etmək üçün komitə yaradıb.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Amit Şah məlumat yayıb.
Onun sözlərinə görə, komitəyə Şərq Komandanlığının Sərhəd Təhlükəsizliyi Qüvvələri rəhbərlik edəcək.
“Hindistan vətəndaşlarının, etnik hinduların və orada yaşayan digər azlıqların təhlükəsizliyini təmin etmək üçün Banqladeşdəki səlahiyyətlilərlə əlaqə imkanları saxlayacaq”,- Şah əlavə edib.
Xatırladaq ki, avqustun 5-də tələbələrin hökumət əleyhinə kütləvi etirazları fonunda Banqladeşin Baş naziri Şeyx Hasina istefa verərək, ölkəni tərk edib. Onun gedişindən sonra iğtişaş ölkəni bürüyüb. Dehli iğtişaşlardan sonra Banqladeşlə 445 kilometr sərhədi olan Meqalaya əyalətində komendant saatı tətbiq edib. Hindistan sərhəd qoşunları yüksək döyüş hazırlığına keçib.
- Günay Novruzqızına vəzifə verildi
- Xırdalanda minik avtomobili sərnişin avtobusuna çırpıldı - Video
- Balakəndə su dolmuş ərazilər təmizlənir - Video
- İstirahət günü hava necə olacaq?
- Masallıda atdan yıxılan 49 yaşlı kişi öldü
- Həftəsonu çimərliyə getmək istəyənlərin nəzərinə!
- Fatimənin xalası oğlu Batumidə tutuldu - Video
- Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü öldü