İran Rusiyaya 120 km mənzilli yüzlərlə ballistik raket verməyə hazırlaşır.
BUTA.TV xəbər verir ki, bu barədə "Röyters" agentliyi Avropa kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, onlarla rus hərbçisi hazırda İranda "Fəth-360" ballistik raket sistemindən istifadə etmək üçün təlim keçir. Ukraynadakı müharibə üçün yüzlərlə peyklə idarə olunan silahın Rusiyaya tezliklə çatdırılması nəzərdə tutulur.
“Rusiya Müdafiə Nazirliyinin nümayəndələri ötən il dekabrın 13-də Tehranda İran rəsmiləri ilə İranın dövlət aerokosmik sənaye təşkilatı tərəfindən yaradılmış “Fəth-360” və digər ballistik raket sistemi üçün müqavilə imzalayıblar”, - nəşr yazıb.
- Həftəsonu çimərliyə getmək istəyənlərin nəzərinə!
- Fatimənin əmisi oğlu Batumidə tutuldu
- Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü öldü
- Fatimənin qatili hava limanında saxlanıldı - Video
- Birinin 21, digərinin 22 yaşı olub... - Video
- Tiflisdə hadisə: Azərbaycan dilində danışdı, bıçaqlandı - Video
- Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışı oldu
- İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoydu