Türkiyə rəsmiləri narkotik maddələrin satışı, fahişəliyin təbliği, qumar oyunları və uşaq pornoqrafiyası videolarının yayılması ilə əlaqədar Teleqrama mesencer xidmətinin bloklanması ehtimalı barədə xəbərdarlıq edib.
BUTA.TV xəbər verir ki, bu barədə "Takvim" qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Türkiyə Texnologiya və Rabitə Şurası Teleqramın baş ofisinə qanunsuz fəaliyyət üçün istifadə edilən kanalların bağlanması tələbi ilə mindən çox xəbərdarlıq göndərib, lakin hələ də cavab almayıb.
Qeyd edilir ki, Türkiyədə 8 milyona yaxın Teleqram istifadəçisi var və bu saya görə, dünyada 10-cu yerdədir.
- İnfantinonu təndiq edən yüksəkvəzifəli şəxs işdən çıxarıldı
- Ev almaq istəyənlərin diqqətinə: Bu tarixləri gözləyin!
- Kamilə Babayevaya ağır itki
- DİM sədri ixtisas seçimindən yazdı: Özünüzə bu 5 sualı verin
- 6 nəfərin öldüyü hadisə yerindən - Görüntülər
- İki məktəb direktoru işdən çıxarıldı - Səbəb
- DİM-dən 700-ə yaxın şəxsə xoş xəbər
- Pul verib ixtisas seçdirənlərə - Çağırış etdi