İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə sanksiya tətbiq edilməlidir.
BUTA.TV xəbər verir ki, bu sözləri Avropa Birliyi (AB) diplomatik xidmətinin rəhbəri Jozep Borrell deyib.
“Bütün dünyanın Qəzzada atəşkəsə nail olmağa çalışdığı vaxtda Ben-Qvir mülki əhaliyə suyun və enerjinin kəsilməsinə çağırış edir. Bu çağırış hərbi cinayətdir. Sanksiyalar AB-nin gündəliyində olmalıdır”, - deyə o bildirib.
Qeyd edilir ki, bu, AB institutunun nümayəndəsinin İsrail rəhbərliyinə qarşı ilk sanksiya çağırışıdır.
- Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı
- Qafarova və Simonyan nələri müzakirə etdi?
- Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...
- Bakının orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...
- Astanada Heydər Əliyevin ən sevdiyi mahnı səsləndirildi - Video
- İlham Əliyevin qərarını alqışlayırıq - İrəvan
- Tokayevdən Əliyevə maraqlı hədiyyə - Video
- İlham Əliyevdən TRİPP layihəsi ilə bağlı açıqlama