Kursk vilayətinin regional operativ qərargahı Belovsk rayonunun sakinlərini təxliyəsinə qərar verib.
BUTA.TV xəbər verir ki, bunu Kursk vilayətinin qubernatoru vəzifələrini icra edən Aleksey Smirnov deyib.
“Əlavə nəqliyyat vasitələrinin hazırlanması ilə bağlı Nəqliyyat Nazirliyinin regional idarəsinə tapşırıq vermişəm. Artıq təhlükəsiz ərazilərdə avtobuslar fəaliyyət göstərir. İndi əsas məsələ yaşayış məntəqələrinin sakinlərinə ərazini tərk etmək imkanı barədə operativ məlumat verməkdir. Rayon icra hakimiyyətinin və kənd yaşayış məntəqələrinin rəhbərlərinə bütün müvafiq tapşırıqlar verilib”, - Smirnov bildirib.
Qeyd edək ki, bundan öncə Ukrayna ordusunun Belovsk istiqamətində hərəkət etdiyi haqda məlumat yayılmışdı.
- Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi - Tarasov
- Azərbaycan yeganə müsəlman ölkəsidir ki... – İsrail səfiri
- Fidanın Rusiyaya səfəri ilə bağlı detallar açıqlandı
- Ərəbistanda 73 illik qadağa götürülür: spirtli içki satılacaq
- Şeyxin bu qərarı Ermənistanda qorxu yaratdı – “hücum” başladı
- Kütləvi hücumlar Moskvanı iflic edir: Nə gözlənilir?
- Bu kəndlərin Azərbaycana qaytarılmasından 1 il ötür
- Mixalko sammitə görə Azərbaycanı təbrik etdi