Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Bu barədə BUTA.TV-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkədə işgüzar səfərdə olan Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
V.Mustafayev görüş zamanı ölkələr arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.
“TUSAŞ”, “ASFAT”, “HAVELSAN”, “ROKETSAN”, “BAYKAR”, “Makina ve Kimya Endüstri”, “REPKON Grup”, “ASELSAN” şirkətlərinin rəhbərlərinin də iştirak etdiyi geniştərkibli görüşdə Azərbaycan və Türkiyə arasında gələcəkdə daha səmərəli əlaqələrin qurulması üçün müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın uğurla davam edəcəyindən bəhs edilib.
V.Mustafayev qonaqları Azərbaycanın müasir müdafiə sənayesi sahəsindəki yeniliklər, əldə olunan nəticələr və gələcək planlar haqqında məlumatlandırıb. H.Görgün Azərbaycanın müdafiə sənayesinin daha da inkişaf etməsi istiqamətində aparılan birgə fəaliyyətlərin önəmindən bəhs edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?