Türk dövlətlərinin idmançıları Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında ümumilikdə 41 medal qazanıblar.
BUTA.TV xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyev məlumat verib.
“Bütün idmançılarımızı və azarkeşlərimizi təbrik edirik!”, - deyə o qeyd edib.
Qeyd edək ki, iyulun 26-da Sena çayı ətrafında açılış mərasimi olan Paris-2024-də Azərbaycan 48 idmançı ilə təmsil olunub. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edib. Millimizin heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.
Qazaxıstan idmançıları bir qızıl, üç gümüş və üç bürünc olmaqla yeddi medal, Qırğızıstan idmançıları 6 olimpiya medalı (2 gümüş və 4 bürünc), Türkiyə komandası isə üçü gümüş, beşi bürünc olmaqla 8 medal qazanıblar.
Parisdə keçirilən Yay Olimpiya Oyunları Özbəkistanın müstəqillik tarixində ən uğurlusu olub: idmançılar 13 medal - 8 qızıl, 2 gümüş və 3 bürünc əldə ediblər.
Medal sıralamasında Özbəkistan 13-cü, Azərbaycan 30-cu, Qazaxıstan 43-cü, Türkiyə 64-cü, Qırğızıstan 68-ci yerdə qərarlaşıb.
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?