MN-in daha bir zabiti həbs edildi

15:42 - 13 Avqust 2024 - KRİMİNAL

 MN-in daha bir zabiti həbs edildi

Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda yeyintiyə görə daha bir zabit həbs edilib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, MN-in N saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra edən Namiq Mirzəyev barəsində Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Namiq Mirzəyevin Müdafiə Nazirliyində məlum maliyyə araşdırmaları və həbslərdən sonra da 2023-2024-cü illərdə eyni üsullarla xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəmə əməllərini davam etdirdiyi məlum olub.

Hazırda DTX-də istintaqı aparılan cinayət işi üzrə Namiq Mirzəyev Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol