Rusiyada yaşayış məntəqələrinin itirilməsi müvəqqəti hal kimi qiymətləndirilir. Odur ki, ruslar Kursk vilayətinə az miqdarda ehtiyat qüvvələr göndəriblər. Yəqin ki, düşmən bu regiondakı vəziyyəti ciddi qəbul etmir və qüvvələrini cəmləşdirdiyi Donetsk vilayətində hücumu daha vacib sayır.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin hərbi eksperti, təlimatçı pilot və ehtiyatda olan polkovnik Roman Svitan deyib.
Onun fikrincə, Rusiyada yaşayış məntəqələrinin ələ keçirilməsinin özü əhəmiyyətsizdir, çünki böyük ərazisi var.
Svitan əlavə edib ki, ruslar üçün prioritet vəzifə Donetsk, Luqansk, Xerson və Zaporojyeni tutmaqdır:
“Bundan əlavə, ukraynalılara Kursk vilayəti lazım deyil və Kiyev Kursk AES-i partlatmayacaq. Lakin Kursk, Belqorod və Bryansk bölgələrində elektrik enerjisinin yenidən paylanması mexanizmlərini söndürə bilərlər. Bu, artıq ruslar üçün problemdir, ona görə də atom elektrik stansiyasını müdafiə etməyə çalışacaqlar. Ruslar Kurska görə Donetskdə hücumu dayandıra bilərdilər, amma yenidən başlamaq çətin olardı. Onlar şərq cəbhəsində hərəkətə başlayıblar və dayanmayacaqlar”.
Svitanın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin qarşısında indi Kurskda irəliləmək və Moskva istiqamətində bütün sərhəd xətti boyunca reydlər aparmaq da daxil olmaqla, geniş spektrli vəzifələr durur. O, əmindir ki, hər şey yaxın gələcəkdə rusların özlərini necə aparmasından asılı olacaq:
“Əgər onlar Kursk bölgəsinə kifayət qədər qoşun köçürməyə başlasalar, şərq cəbhəsindəki təzyiqləri azaldacaqlar, o zaman Kursk bölgəsində Ukraynanın irəliləyişini dayandıracaqlar, əgər bunu etməsələr, o zaman ukraynalılar irəliləyəcəklər”.
Svitan bildirib ki, Kursk vilayətinə hücum Ukraynaya Rusiyanın Sum istiqamətində irəliləmək cəhdini dayandırmağa imkan verdi. Ona görə də güman etmək olar ki, Ukrayna Silahlı Qüvvələri öz əməliyyatları çərçivəsində tapşırıqların əksəriyyətini yerinə yetirib.
Svitan iddia edib ki, Kursk əməliyyatı çox əvvəllər həyata keçirilməli idi.
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!