Əhali 2024-cü ilin ilk yarısında “Access Bank”dan 9,9 milyon manat, şirkətlər isə 12,28 milyon manat depoziti geri çəkib.
“BUTA TV” bu barədə bankın hesabatına istinadən xəbər verir.
Belə ki, 2024-cü ilin əvvəlində bankda fiziki şəxslərin depozitlərinin həcmi 842,46 milyon manat olduğu halda, ilin ilk yarısında bu rəqəm 832,89 milyon manata kimi azalıb.
Hüquqi şəxslərin bankdakı əmanətlərinin həcmi isə 209,1 milyon manatdan 196,82 milyon manata enib. Başqa sözlə, bank bu ilin ilk 6 ayında fiziki şəxslər üzrə depozit portfelinin 1,2%-ni, hüquqi şəxslər üzrə portfelin 6,2%-ni itirib.
Ümumilikdə isə “Access Bank”ın əmanət portfeli bu il 21,85 milyon manat azalıb.
Bankın əmanət portfeli ilin əvvəlinə nisbətən 2,1% azalaraq 1 milyard 51,5 milyon manatdan 1 mlrd. 29,7 milyon manata enib.
Depozit portfelinin azalmasına baxmayaraq bank kredit təşkilatları və maliyyə institutları qarşısında öhədliklərini 144,2 milyon manatdan 197,5 milyon manata kimi artırması onun cəmi öhdəliklərini də artırıb. Hesabat dövrü üzrə bankın aktivləri 1 milyard 478,7 milyon manata, öhdəlikləri 1 milyard 313 milyon manata yüksəlib.
Bankın 115,7 milyon manat bölüşdürülməmiş zərəri isə onun cəmi kapitalını 164,9 milyon manat manata endirib.
- “DÇ səfiri” elan edilən ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava
- 15 “seyv” edib DÇ tarixinə düşdü
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı
- Almaniya möhtəşəm geridönüşlə pley-off-da - Video-Yenilənib
- Azərbaycanda siqaret istehsalı kəskin artdı
- Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər