Ermənistan Xarici İşlər Nazirliyinin “ATƏT-in Minsk Qrupunun məsələsinə sülh müqaviləsinin imzalanması kontekstində baxıla bilər” açıqlamasından bu qənaətə gəlmək olar ki, rəsmi İrəvan Minsk Qrupu məsələsində israr etmir, sadəcə birtərəfli güzəşt kimi olmasın deyə, bu mövzunu danışıqlarda rəsmi Bakı ilə alver predmetinə çevirmək istəyir. Yəni demək istəyirlər ki, biz sizin istəyinizə uyğun olaraq Minsk Qrupundan imtina etsək, bunun qarşılığında siz də bizim istəklərimizdən birini yerinə yetirməlisiniz.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan XİN-in Minsk Qrupunun ləğvi məsələsi haqda açıqlamasını şərh edərkən deyib.
“Ermənistan hökumətinin əsas istəklərindən biri budur ki, Azərbaycan Ordusu şərti sərhəddəki strateji yüksəkliklərdən geri çəkilsin. Bu mümkün deyil. Birincisi, sərhədin müəyyənləşməsi prosesi illərlə uzanacaq və bu sülh sazişindən ayrı aparılan danışıqlar prosesidir. İkincisi, Azərbaycan Ordusunun nəzarət etdiyi strateji yüksəklikləri “Minsk Qrupundan imtina” bəndi ilə tərəzinin eyni gözünə qoymaq olmaz, birinci dəfələrlə ağır gələcək. Ermənistanın Minsk Qrupundan imtina etməməsinin Azərbaycana böyük zərəri yoxdur, strateji yüksəkliklər isə bizə Ermənistan üzərində böyük üstünlük qazandırıb, bundan imtina mümkün deyil. Ermənistan hökuməti Azərbaycanla sülh sazişi imzalamaq istəyirsə, Konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə iddianı əks etdirən bəndlərdən imtinaya hazırlaşmalıdır. Bizim üçün konseptual məsələ budur”, - o bildirib.
- Mixalko sammitə görə Azərbaycanı təbrik etdi
- Bakıya səfərimin əhəmiyyəti budur - Sibiqa
- Ermənistanın baş qərargah rəisi də işğalda iştirak edib - Sübut
- Lukaşenkodan Əliyevə: Buna zəmanət verən hökumətlər...
- Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz xəyal idi
- Azad edilmiş ərazilərdə yaşayanların son sayı açıqlandı
- Qəbiristanlıqların dağıdılması barbarlıqdır - Arutyunyan
- Bakıda TDT-nin ikinci görüşü: Kommünike imzalandı...