Ağsu rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Ağsu şəhərinin Tofiq İsmayılov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb.
Belə ki, VAZ-2106 markalı avtomaşının sürücüsü, Ağsu rayon sakini Nazim Abışov həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq hasara çırpılıb.
Qəza zamanı avtomobildə olan Ağsu sakini Rövşən Əzizbəy oğlu Əmirov hadisə yerində ölüb, sürücü N.Abışov isə ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
- Rəqsanə həbsdə qaldı
- Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan
- İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…
- Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…
- Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident
- Prezident açıqladı: Onun da sonu yaxınlaşır…
- Ermənistana verilən silahların qiyməti… - Prezident
- Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!