Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Rəşid Bağırov küçəsində fəaliyyət göstərən fiziki şəxs Cəfərova Telli Hidayət qızına məxsus ictimai iaşə obyektində plandankənar yoxlama keçirilib.
Bu barədə BUTA.TV-a Agentlikdən bildirilib.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin qida obyektində müvafiq təmizlik işlərinin aparılmadığı müşahidə edilib.
Bundan başqa, qida obyektinin mətbəx sahəsində havalandırma sistemi quraşdırılmadığı, qida məhsullarının, əllərin ayrıca yuyulması üçün müvafiq şəraitin təşkil edilmədiyi aşkarlanıb.
Aşkar olunan uyğunsuzluqlarla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, məhdudlaşdırıcı qərar qəbul edilərək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb.
- Sübhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası...
- Bu pula Qarabağda 10 kənd və ya 2 böyük qəsəbə tikmək olardı
- Pyotr Qlıboçko Mehriban Əliyevaya məktub göndərdi
- Mnatsakanyan işğalda iştirak etdiyini təsdiqlədi
- Qroznıda gizli görüş: Putin Kadırovu bağışlamayacaq
- Qazaxıstandan AZAL təyayrəsi ilə bağlı açıqlama
- MN-də təklif: Xocalı aeroportu yenidən fəaliyyətə başlasın
- Pezeşkian İlham Əliyevə məktub göndərdi