Xəbər verdiyimiz kimi, dünən Rusiyanın İrkutsk vilayətində Tu-22M3 strateji bombardmançısı qəzaya uğrayıb.
BUTA.TV xəbər verir ki, səsdən sürətli bu bombardmançı 1974-cü ildə Andrey Tupolyov Konstruktor Bürosunda Tu-22M2 təyyarəsinin modifikasiyası kimi hazırlanıb. Təyyarə ilk uçuşunu 1977-ci ildə etsə də, silahlanmaya 1989-cu ilin martında daxil edilib.
Bu təyyarələr günün istənilən vaxtında və istənilən hava şəraitində səsdən sürətlə idarə olunan raket və bombalarla yer və dəniz hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Tu-22M3-lər nüvə başlığı da dayışa bilir.
Təyyarə nüvə müharibəsi üçün modernləşdirilib. Nüvə nəhənglərinin münaqişəsi kontekstində Tu-22M3 ən azı 600 km məsafədən ABŞ aviadaşıyıcısına eyni anda üç ədəd X-22 hipersonik raket atmalı idi.
Tu-22M3-ün uzunluğu 42,46 m, qanadlarının maksimum uzunluğu 34,28 m-dir. Təyyarənin maksimum uçuş çəkisi 126 ton, maksimal uçuş sürəti 2300 km/saatdır. Uçuş məsafəsi isə 7 min km təşkil edir. Təyyarənin heyəti 4 nəfərdən ibarətdir.
Tu-22M3 2-3 ədəd X-22 raketi (adi və ya nüvə başlıqlı), 10 ədəd yaxın mənzilli X-15 və ya 12 ton bomba yükü daşıya bilir. Təyyarə Əfqanıstan, Suriya və Çeçenistan müharibələrində iştirak edib. 2008-ci ilin avqustunda Gürcüstan HHM sistemləri tərəfindən Kodor dərəsi üzərində vurulub.
Açıq mənbələrdən verilən məlumata görə, ümumilikdə 268 ədəd Tu-22M3 təyyarəsi buraxılıb.
Rusiya bu təyyarəni heç kəsə satmır, yalnız Hindistana 4 ədədini kirayəyə verib.
- MN-də təklif: Xocalı aeroportu yenidən fəaliyyətə başlasın
- Pezeşkian İlham Əliyevə məktub göndərdi
- MN-də müzakirə: Turandan sonra Elgünün qətli... - Deputatdan SOS
- Daxili sabitlik olsa da, xaricdən müdaxilə cəhdləri… - Prezident
- İrəvan və Bakı arasında sülhə maraqlıyıq - Kavelaşvili
- Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması - Rusiyanın yeni planı...
- Prezident türk ölkələrinin DİN başçılarını qəbul etdi - Foto
- Azərbaycan həmişə Macarıstanın yanında olub - Deputat