Fransa Prezidenti Emmanuel Makron sentyabrın 21-də Ermənistana səfər edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Fransa prezidentinin Ermənistanın Müstəqillik Günü münasibətilə İrəvana gələcəyi bildirilir. Hazırda hakim dairələrdə onun səfəri müzakirə olunur.
Məlumata görə, E.Makron bu səfərlə İrəvanı dəstəklədiyini bir daha vurğulamaq istəyir.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 2021-ci ildə Fransaya səfəri zamanı E.Makronu ölkəsinə səfərə dəvət edib. Lakin planlaşdırılan səfərin 3 il sonra baş tutacağı gözlənilir.
- MN-də təklif: Xocalı aeroportu yenidən fəaliyyətə başlasın
- Pezeşkian İlham Əliyevə məktub göndərdi
- MN-də müzakirə: Turandan sonra Elgünün qətli... - Deputatdan SOS
- Daxili sabitlik olsa da, xaricdən müdaxilə cəhdləri… - Prezident
- İrəvan və Bakı arasında sülhə maraqlıyıq - Kavelaşvili
- Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması - Rusiyanın yeni planı...
- Prezident türk ölkələrinin DİN başçılarını qəbul etdi - Foto
- Azərbaycan həmişə Macarıstanın yanında olub - Deputat