Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanlarında test üsulunun ləğv ediləcəyi ilə bağlı məlumatlar yayılıb.
BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, yayılan məlumatlar doğru deyil:
"Bu, 2017-ci ildə verilən bir müsahibəndir və 2019-cu ilin qəbul modeli haqqında idi. Məleykə Abbaszadənin dedikləri o zaman da yanlış şərh olunmuşdu ki, sanki test imtahanı ləğv olunur. Sadəcə olaraq, 2017-ci ildə 9-cu siniflər yeni qaydalarla buraxılış imtahanı vermişdilər. 2019-cu ildə isə 11-ci siniflərdə ilk dəfə yazılı cavab tələb edən tapşırıqlar tətbiq olunmağa başladı".
Qeyd edək ki, ölkənin bəzi xəbər saytları Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadənin 2017-ci ildə "ASAN Radio"ya verdiyi müsahibədən çıxarışlar edərək, test imtahanlarının guya ləğv edilməsi haqda məlumat yayıblar.
- Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü
- Ərəb turistlərin Azərbaycana marağı azaldı – Səbəb
- Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
- Azərbaycan XİN Çinə başsağlığı verdi
- Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb
- İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan
- Yanğına səbəb olan sahibkarlar: Hansı cəzalar gözləyir?
- Dedilər ki, sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin...