Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayəti ərazisində əməliyyatı Rusiyanın Ukraynaya qarşı müharibəsində “heyrətləndirici dönüşdür”.
BUTA.TV xəbər verir ki, bunu NATO-nun Avropadakı qoşunlarının keçmiş komandanı Ceyms Stavridis bildirib.
O xatırladıb ki, başqa bir suveren dövlətin Rusiyaya sonuncu basqından bir əsrə yaxın vaxt keçib - bu, 1941-ci ilin iyununda Hitler Almaniyası idi və nasistlər üçün bu, ən yaxşı şəkildə bitmədi:
"İndi, 21-ci əsrdə ilk dəfə olaraq, Ukrayna yüzlərlə kvadrat mil Rusiya ərazisini əlində saxlayır, rus hərbi əsirlərini ələ keçirir, Belqorod və Kursk vilayətlərində fövqəladə vəziyyət tətbiq etməyə və təxliyə etməyə məcbur edir".
Onun sözlərinə görə, aylardır daha böyük Rusiya ordusuna ərazi itirmiş kimi görünən Ukrayna ordusu son bir neçə həftə ərzində rəqiblərindən daha çox ərazi qazanc əldə edib.
- Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu
- Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…
- İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video
- PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı
- Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce
- Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü
- “Trendyol” və “Temu”dan alış-veriş edənlər DİQQƏT!
- İki gün ard-arda baş verən mina partlayışları... - XİN